
Kompensasiya və müavinətlər şöbəsinin rəhbəri
Job Description
“PAŞA Sığorta” ASC namizədləri Kompensasiya və Müavinətlər şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Biz ölkəmizin sığorta sektorunda ilk Insurtech təməlini qoyaraq rəqəmsal transformasiyaya start veririk. Məqsədimiz gələcəyin sığortasını yenidən dizayn etmək, innovasiyanı və etibarı birləşdirərək sektorda yeni standartlar formalaşdırmaqdır.
Əgər sən də strateji düşüncə tərzinlə şirkətin Total Rewards yanaşmasını inkişaf etdirmək, əməkdaşların motivasiyasını və bağlılığını artıran kompensasiya və mükafatlandırma sistemləri qurmaq istəyirsənsə, Kompensasiya və Müavinətlər şöbəsinin rəhbəri rolunda səni komandamızda görməkdən məmnun olarıq.
Bu rolda sən şirkətin kompensasiya, bonus, müavinət və digər mükafatlandırma proqramlarının strateji idarə olunmasına rəhbərlik edəcək, əməkhaqqı strukturunun bazar rəqabətliliyini və daxili ədalətliliyini təmin edəcəksən. Eyni zamanda Total Rewards strategiyasının biznes məqsədləri, təşkilati inkişaf və əməkdaş təcrübəsi ilə uyğunlaşdırılmasına əhəmiyyətli töhfə verəcəksən.
Vəzifə haqqında qısa təsvir
Şirkətin ümumi mükafatlandırma (Total Rewards) strategiyasının formalaşdırılması və həyata keçirilməsi, əməkhaqqı və bonus sistemlərinin effektiv idarə olunması, vəzifələrin dərəcələndirilməsi, bazar təhlilləri, sosial imtiyazların optimallaşdırılması və İnsan Resursları xərclərinin strateji planlara uyğun idarə edilməsini təmin etmək.
Əsas vəzifə və öhdəliklər
Total Rewards və Kompensasiya Strategiyası
Şirkətin Total Rewards strategiyasını hazırlamaq və davamlı olaraq təkmilləşdirmək;
Əməkhaqqı, bonus, qısamüddətli və uzunmüddətli motivasiya proqramlarının dizaynına və tətbiqinə rəhbərlik etmək;
Kompensasiya və müavinətlər siyasətlərinin biznes strategiyası, performans idarəetməsi və istedadların saxlanılması məqsədləri ilə uyğunluğunu təmin etmək;
Mükafatlandırma proqramlarının əməkdaş motivasiyasına, performansına və bağlılığına təsirini qiymətləndirmək.
Əməkhaqqı Strukturu və Vəzifə Dərəcələndirməsi
Vəzifələrin qiymətləndirilməsi və dərəcələndirilməsi sistemini qurmaq və mütəmadi yeniləmək;
Əməkhaqqı diapazonlarının (salary ranges), pay bands və grade strukturlarının hazırlanmasına rəhbərlik etmək;
Daxili ədalətlilik və xarici rəqabət qabiliyyətini təmin etmək məqsədilə kompensasiya analizləri aparmaq;
Yeni və mövcud vəzifələr üzrə əməkhaqqı təkliflərinin əsaslandırılmasını təmin etmək.
Bazar Təhlili və Benchmarking
Əməkhaqqı bazarı araşdırmaları aparmaq və beynəlxalq/local benchmark məlumatlarını təhlil etmək;
Rəqabətli kompensasiya paketləri üzrə rəhbərliyə tövsiyələr təqdim etmək;
Təşkilatın bazarda cəlbedici işəgötürən mövqeyini gücləndirən Total Rewards həlləri hazırlamaq.
Bonus və Performansa Əsaslanan Mükafatlandırma
İllik bonus və digər təşviq proqramlarının metodologiyasını hazırlamaq;
Bonusların şirkət siyasətinə uyğun, şəffaf və ədalətli şəkildə hesablanmasını təmin etmək;
Performans nəticələri ilə mükafatlandırma mexanizmlərinin effektiv inteqrasiyasını təşkil etmək;
Bonus sistemlərinin avtomatlaşdırılması və optimallaşdırılması üzrə təşəbbüslər həyata keçirmək.
Müavinətlər və Sosial İmtiyazlar
Tibbi sığorta, həyat sığortası, idman və digər sosial paketlərin idarə olunmasına rəhbərlik etmək;
Mövcud benefit proqramlarının effektivliyini və əməkdaş məmnuniyyətinə təsirini qiymətləndirmək;
Əməkdaş dəyər təklifini (Employee Value Proposition) gücləndirən yeni benefit həlləri hazırlamaq.
Büdcə və Analitika
İnsan Resursları büdcəsinin hazırlanmasını və aylıq icrasına nəzarəti təmin etmək;
İşçi xərcləri, əməkhaqqı fondu və benefit xərcləri üzrə təhlillər aparmaq;
Rəhbərlik üçün kompensasiya, büdcə və workforce cost üzrə strateji hesabatlar hazırlamaq;
Xərclərin optimallaşdırılması və resursların səmərəli istifadəsi üzrə təkliflər vermək.
Governance və Uyğunluq
Kompensasiya və mükafatlandırma proseslərinin əmək qanunvericiliyinə və daxili siyasətlərə uyğunluğunu təmin etmək;
Audit və daxili nəzarət tələblərinə cavab verən proseslər qurmaq;
HRIS və digər sistemlərdə kompensasiya məlumatlarının düzgünlüyünü təmin etmək.
HR Əməliyyatlarına Dəstək
Əməkhaqqı hesablamaları, son haqq-hesab və əlaqəli proseslərin düzgün və vaxtında icrasına nəzarət etmək;
Müvafiq HR əməliyyatlarının fasiləsiz və qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsini təmin etmək.
Namizədə tələblər
Ali təhsil: Biznesin idarəedilməsi, İqtisadiyyat, Maliyyə, İnsan Resursları və ya oxşar sahələr üzrə;
Kompensasiya və müavinətlər, Total Rewards və ya əlaqəli sahədə minimum 5 il iş təcrübəsi;
Komanda idarəetməsi və strateji layihələrin həyata keçirilməsi üzrə təcrübə;
Azərbaycan dilini sərbəst bilmək; İngilis dili biliyi mütləq, Rus dili biliyi üstünlükdür;
SHRM, CIPD, WorldatWork və ya digər müvafiq sertifikatların olması üstünlükdür.
Bilik və bacarıqlar
Total Rewards, Compensation & Benefits və vəzifə dərəcələndirməsi üzrə dərin biliklər;
Əməkhaqqı strukturları, bonus modelləri və benefit proqramlarının hazırlanması üzrə praktiki təcrübə;
Bazar araşdırmaları və benchmark analizlərinin aparılması bacarığı;
Güclü analitik düşüncə və maliyyə modelləşdirmə bacarıqları;
Büdcə planlaşdırılması və cost management üzrə yüksək səriştə;
Əmək qanunvericiliyi üzrə praktiki biliklər;
Strateji düşüncə və biznes yönümlü qərarvermə qabiliyyəti;
Yüksək təqdimat və ünsiyyət bacarıqları;
Liderlik, komanda idarəetməsi və dəyişikliklərin idarə olunması bacarığı.
Bizim təklifimiz
İnnovativ və dinamik şirkətdə strateji liderlik rolu;
Şirkətin Total Rewards və mükafatlandırma strategiyasının formalaşdırılmasına birbaşa təsir imkanı;
Rəqəmsal transformasiya layihələrində iştirak;
Güclü əməkdaşlıq və inkişaf yönümlü korporativ mühit;
Əməkdaş və ailə üzvləri üçün geniş tibbi sığorta paketi;
Korporativ Həyat Sığortası və kritik xəstəliklərdən qorunma təminatı;
Davamlı peşəkar inkişaf və beynəlxalq təcrübə qazanmaq imkanları;
“Dəyərlisən” platforması vasitəsilə müxtəlif güzəşt və endirimlər.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance invites qualified candidates to join its professional team as Head of Compensation and Benefits.
We are pioneering the first Insurtech foundation in Azerbaijan’s insurance sector and driving a large-scale digital transformation. Our goal is to redesign the future of insurance by combining innovation and trust to set new standards in the industry.
If you are passionate about developing a strategic Total Rewards approach and building compensation and benefits systems that enhance employee motivation and engagement, we would be pleased to welcome you to our team as Head of Compensation and Benefits.
In this role, you will lead the strategic management of the Company’s compensation, incentive, benefits, and broader reward programs, ensuring that salary structures remain externally competitive and internally equitable. You will also play a key role in aligning the Total Rewards strategy with business objectives, organizational development, and employee experience.
Position Summary
To design and implement the Company’s Total Rewards strategy, including compensation structures, incentive plans, job grading, market benchmarking, employee benefits, and workforce cost management, ensuring alignment with the Company’s strategic priorities and employee value proposition.
Key Responsibilities
Total Rewards and Compensation Strategy
Develop and continuously enhance the Company’s Total Rewards strategy;
Lead the design and implementation of salary structures, annual bonus schemes, and short- and long-term incentive programs;
Ensure alignment of compensation and benefits policies with business strategy, performance management, and talent retention objectives;
Evaluate the effectiveness of reward programs in driving employee engagement, motivation, and performance.
Salary Structure and Job Grading
Establish and maintain job evaluation and grading frameworks;
Design salary ranges, pay bands, and grade structures;
Conduct compensation analyses to ensure internal equity and external competitiveness;
Review and approve compensation proposals for new and existing roles.
Market Benchmarking and Analysis
Conduct salary surveys and analyze market benchmarking data;
Provide recommendations to senior management on competitive compensation packages;
Develop reward solutions that strengthen the Company’s employer brand and attractiveness in the market.
Incentive and Performance-Based Reward Programs
Design methodologies for annual bonus and other incentive schemes;
Ensure bonuses are calculated accurately, transparently, and in accordance with Company policies;
Integrate performance outcomes with reward mechanisms;
Lead automation and optimization initiatives related to incentive calculations.
Benefits and Employee Wellbeing Programs
Oversee medical insurance, life insurance, wellness, and other employee benefit programs;
Assess the effectiveness and employee satisfaction levels of current benefits offerings;
Introduce innovative benefits solutions to enhance the Employee Value Proposition (EVP).
Budgeting and Analytics
Lead the preparation and monitoring of the Human Resources budget;
Analyze workforce costs, payroll expenses, and benefit expenditures;
Prepare strategic reports for management on compensation, benefits, and workforce cost trends;
Recommend cost optimization opportunities while maintaining competitiveness.
Governance and Compliance
Ensure compensation and benefits processes comply with labor legislation and internal policies;
Establish processes that meet audit and internal control requirements;
Ensure data integrity within HRIS and other relevant systems.
HR Operations Oversight
Oversee payroll, final settlements, and related administrative processes;
Ensure critical HR operational activities are conducted accurately, efficiently, and in compliance with applicable regulations.
Candidate Requirements
Bachelor’s degree in Business Administration, Economics, Finance, Human Resources, or a related field;
Minimum 5 years of relevant experience in Compensation and Benefits, Total Rewards, or a related area;
Proven experience in team leadership and strategic project implementation;
Fluency in Azerbaijani; English is required and Russian is an advantage;
Professional certifications such as SHRM, CIPD, WorldatWork, or similar are preferred.
Knowledge and Skills
Deep expertise in Total Rewards, Compensation and Benefits, and job grading methodologies;
Hands-on experience in designing salary structures, incentive models, and benefit programs;
Strong analytical skills with the ability to conduct market benchmarking and compensation analysis;
Advanced budgeting and workforce cost management capabilities;
Practical knowledge of labor legislation;
Strategic thinking and business acumen;
Excellent presentation and communication skills;
Strong leadership and change management abilities.
What We Offer
A strategic leadership role within an innovative and dynamic organization;
The opportunity to shape the Company’s Total Rewards and reward strategy;
Participation in major digital transformation initiatives;
A collaborative and development-oriented corporate culture;
Comprehensive medical insurance coverage for employees and eligible family members;
Corporate Life Insurance, including critical illness protection;
Continuous professional development and international learning opportunities;
Exclusive discounts and benefits through the “Dəyərlisən” employee platform.
*Only candidates who meet the initial screening criteria will be contacted.