Job Description
“PAŞA Sığorta” ASC namizədləri Bank Kanalları Şöbəsinin Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri:
Şirkətdə bütün növ sığorta məhsulları və xidmətləri üzrə mövcud müştəri bazasının genişləndirilməsi və satışın həcminin artması üçün Bank Kanalları şöbəsinin əməkdaşlarının fəaliyyətinə nəzarət edilməsi, onların işinin əlaqələndirilməsi;
Nəzarət etdiyi bazar seqmenti üzrə Kommersiya direktoru ilə birlikdə, satış siyasətini müəyyənləşdirilməsi;
Bank Kanalları şöbəsinin əməkdaşları üçün müvafiq iş bölgüsünün və istiqamətləndirmənin həyata keçirilməsi;
Banklar və Lizinq şirkətləri üzrə aparılan layihələrin irəliləməsində iştirak və yeni layihələrin cəlb olunmasında dəstək gösərilməsi;
Mövcud partnyorlar ilə əlaqələrin qorunması və təkmilləşdirilməsini, həmçinin potensial partnyorlar üzrə şirkətin xidmət və məhsullarının satılmasının təmin edilməsi;
Bank Kanalları şöbəsi istiqaməti üzrə şirkətə müraciət edən müştəriləri yüksək keyfiyyətli məlumatla təmin edilməsinə nəzarət;
Vaxtlı-vaxtında sorğuların cavablarının Anderraytinq şöbəsinə daxil olmasını, sığorta müqavilələrinin və sığorta şəhadətnamələrinin alınmasının təmin edilməsi;
Bütün partnyorlar ( Bank , Bank olmayan kredit təşkilatları , Lizinq şirkətləri və s. ) ilə əməkdaşlığın və sinerjinin möhkəmləndirilməsi; göndərilən sorğuların prioritetə alınması və ən qısa müddətdə cavablandırılması:
Tələb olunan müddətdə müştərilərə sığorta müqavilələrinin təqdim edilməsi və onları sığorta müqavilələrinin şərtləri üzrə əhatəli izahatların verilməsinə nəzarət;
Mütəmadi olaraq partnyorlar və müştəri bazası üzrə məlumatları təhlil edərək qiymətləndirilməsi;
Bütün növ sığorta məhsullarının cari satışı və görülmüş işlərin vəziyyəti üzrə Kommersiya direktoruna müvafiq hesabatların təqdim olunması, Bank Kanalları satışları üzrə aylıq təhlilin nəticələrinin təqdim edilməsi;
Birbaşa tabeçiliyində olduğu Rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Biliklər:
Maliyyə, Biznesin İdarə edilməsi,İqtisadiyyat və ya oxşar sahə üzrə ali təhsil;
Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri üzrə yüksək səviyyədə biliklərin olması;
Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
Sığorta Qanunvericiliyi üzrə biliklərə sahib namizədlərə üstünlük verilir.
Təcrübə:
Bank və ya sığorta sektorunda, xüsusilə bank kanalları və ya korporativ satış istiqamətində minimum 4–5 il iş təcrübəsi
Bacarıqlar:
Güclü liderlik və komanda idarəetməsi bacarıqları;
Yüksək analitik düşüncə və qərarvermə bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və strukturlaşdırılmış iş tərzi;
Məxfilik və etibarlılıq;
Təşkilatçılıq və planlaşdırma bacarığı;
Effektiv kommunikasiya və təqdimat bacarıqları;
Proaktivlik və təşəbbüskarlıq;
Stressə davamlılıq və çoxsaylı proseslərin paralel idarə olunması bacarığı.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
