
Komplayens nəzarət üzrə təcrübəçi
Job Description
PAŞA Sığorta ASC namizədləri Komplayens nəzarət üzrə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu mövqe şirkətin daxili nəzarət sisteminin ikinci müdafiə xəttində iştirak edərək, proseslərin və fəaliyyətlərin qüvvədə olan qanunvericiliyə uyğunluğunun təmin edilməsinə, komplayens risklərinin idarə olunmasına və komplayens mədəniyyətinin inkişafına töhfə verir. Namizəd komplayens risklərinin qiymətləndirilməsi, monitorinqi və şirkət daxilində uyğunluq tədbirlərinin həyata keçirilməsi proseslərində fəal iştirak edəcəkdir.
Öhdəliklər
Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək və komplayens indiqatorları üzrə şirkətin mövqeyinin qiymətləndirilməsində iştirak etmək
Komplayens risklərinin matrisinin formalaşdırılması və risk qiymətləndirilməsində iştirak etmək, açıq risklər üzrə nəzarət tədbirlərinin formalaşdırılmasını həyata keçirmək
İllik monitorinq planı əsasında şirkətin bütün prosesləri üzrə komplayens monitorinqlərinin həyata keçirilməsində və nəticələrin rəhbərliyə təqdim edilməsində iştirak etmək
Uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər planının icrasını izləmək
Qanunvericilik pozuntusuna səbəb ola biləcək risklərin aradan qaldırılması üzrə tədbirlərin icrasına nəzarət etmək
Hədəfli maliyyə sanksiyaları haqqında Qanunun tələblərinin şirkət daxilində tənzimlənməsinə nəzarət etmək
Maraq toqquşması halları üzrə risklərin qiymətləndirilməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsində iştirak etmək
Beynəlxalq sığorta bazarında komplayens funksiyasının təkmilləşdirilməsi üzrə "best practice"-lərin araşdırılması və tətbiqində iştirak etmək
Şirkət daxilində və işçilər arasında komplayens mədəniyyətinin formalaşmasını təmin etmək
Know your customer, know your vendor proseslərində nəzarəti həyata keçirmək və riskləri öncədən qiymətləndirmək
"Anti-Korrupsiya" və "Maraqların toqquşması" siyasətlərinə uyğun tədbirlərin görülməsini təmin etmək
Şöbə və Departament rəhbəri tərəfindən verilən digər tapşırıqları icra etmək
Bilik və Bacarıqlar
Mülki və sığorta qanunvericiliyi üzrə biliklər
Sığortaçılarda korporativ idarəetmə standartları haqqında anlayış
"Hədəfli maliyyə sanksiyaları haqqında" Qanun üzrə ümumi biliklər
Mərkəzi Bankın sığortaçılara münasibətdə müəyyən etdiyi norma və tələblər barədə məlumat
Əlaqəli hüquqi aktlar və normativ sənədlər üzrə biliklər
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarını və şirkət daxilində qüvvədə olan normativ aktları bilmə
Mülki, mülki-prosessual, əmək, vergi və maliyyə hüququ sahələrində biliklər
Risklərin idarə edilməsi və daxili nəzarət üzrə biliklər
Dürüstlük, adekvatlıq və dəqiqlik
Çətin şəraitdə işləmək bacarığı
Komandada işləmək və ünsiyyət qurma bacarığı
Nəticə yönümlülük və fikrini izah etmə bacarığı
Korporativ etika prinsiplərinə riayət etmək
Dil bilikləri: Azərbaycan, İngilis
Təhsil və Təcrübə
Ali təhsil – Bakalavr dərəcəsi (Hüquqşünaslıq ixtisası üzrə)
0-1 il müvafiq sahədə təcrübə
Bizim Təklifimiz
Peşəkar və dinamik komandada əməkdaşlıq və inkişaf imkanı
Fərdi və peşəkar inkişaf üçün dəstək və təlim imkanları
Şirkətin fəaliyyətində real təsir və dəyər yaratmaq imkanı
Açıq və şəffaf korporativ mühit
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Compliance Control Department Intern and become a member of our professional team.
This position plays a key role in the company’s second line of defense by supporting compliance with legal requirements across processes and activities, managing compliance risks, and fostering a strong compliance culture. The candidate will actively participate in compliance risk assessment, monitoring, and the implementation of internal compliance measures.
Responsibilities
Monitor the company’s activities for compliance with current legislation and participate in evaluating the company’s position on compliance indicators
Participate in the formation of the compliance risk matrix and risk assessment, and contribute to the development of control measures for open risks
Assist in conducting compliance monitoring across all company processes based on the annual monitoring plan and present results to management
Track the implementation of action plans to eliminate identified non-conformities
Oversee the execution of measures to mitigate risks that could lead to legal violations
Ensure internal regulation of targeted financial sanctions in accordance with the law
Participate in the assessment of risks and improvement of control mechanisms for conflict of interest cases
Research and support the implementation of best practices in compliance functions from the international insurance market
Promote the formation of a compliance culture within the company and among employees
Monitor "know your customer" and "know your vendor" processes and proactively assess potential risks
Ensure measures are taken in line with "Anti-Corruption" and "Conflict of Interest" policies
Perform other tasks assigned by the Department and Division Head
Knowledge and Skills
Knowledge of civil and insurance legislation
Understanding of corporate governance standards in insurance companies
General knowledge of the Law on Targeted Financial Sanctions
Awareness of Central Bank regulations and requirements for insurers
Familiarity with relevant legal acts and normative documents
Understanding of current legislative acts of the Republic of Azerbaijan and internal company regulations
Knowledge in civil, civil-procedural, labor, tax, and financial law
Understanding of risk management and internal control
Integrity, adequacy, and accuracy
Ability to work under pressure
Teamwork and communication skills
Result-oriented and ability to express ideas clearly
Commitment to corporate ethics
Language skills: Azerbaijani, English
Education and Experience
Bachelor’s degree in Law
0-1 year of relevant experience
What we offer
Collaboration and development opportunities within a professional and dynamic team
Support and training for personal and professional growth
Opportunity to create real impact and value in company operations
Open and transparent corporate environment
Opportunity to work in a “Great Place To Work” certified company.
*Only candidates who meet the initial selection criteria will be contacted.