Back to jobs
PASHA Insurance OJSC

Tibbi xidmətlər üzrə assistent

Baku, AzerbaijanPosted 15 months ago
remote

Job Description

“PAŞA Sığorta” ASC namizədləri Tibbi xidmətlər üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR

  • İş vaxtı ərzində sığorta olunmuş şəxslərə sığorta proqramına dair məsləhət xidmətinin göstərilməsi, sığorta olunanların hüquq və vəzifələrinin izahı;
  • İş vaxtı ərzində sığorta hadisələri ilə bağlı müraciətlərin müvafiq tibb müəssisələrinə yönləndirilməsi;
  • Ehtiyac olduqda sığorta olunan şəxslərə tibbi yardım göstərilməsi və ya hospitalizasiya məqsədilə tibb müəssisəsinin seçimində köməklik, sığorta olunanların hospitalizasiyasının təşkili;
  • Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin sığorta şöbələrinin nümayəndələri və müalicə həkimləri ilə bilavasitə danışıqların aparılması;
  • Tibbi sığorta üzrə baş vermiş sığorta hadisələrinin ilkin tənzimlənməsi üzrə işlərin aparılması, sığorta olunanların müraciət faktları ilə bağlı tibb müəssisələrindən daxil olan məlumatların ProTech Sisteminə daxil edilməsi;
  • Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

BİLİKLƏR

  • Tibb üzrə ali təhsil;
  • Komyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;
  • Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dilində baza danışıq bacarığı arzu olunandır.

TƏCRÜBƏ

  • Tibbi sığorta sahəsində və ya müvafiq səhiyyə sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır.

BACARIQLAR

  • Ünsiyyət qurmaq bacarığı;
  • Qeyri standart vəziyyətə cəld reaksiya vermək.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

See Your Match Score

Sign up and Renata will show you how this job matches your skills and experience.

Tibbi xidmətlər üzrə assistent at PASHA Insurance OJSC | Renata