Back to jobs
PASHA Insurance OJSC

Aktuar hesablamalar üzrə kiçik mütəxəssis/mütəxəssis

Baku, AzerbaijanPosted 9 months ago
remote

Job Description

“PAŞA Sığorta” ASC namizədləri Aktuar hesablamalar üzrə kiçik mütəxəssis/mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə öhdəlikləri:

  • Qeyri-həyat sığorta növləri üzrə aktuari hesablama və modelləşdirmə işlərinin aparılması;
  • Sığorta ehtiyatlarının hesablanması və analizi;
  • Sığorta ehtiyatlarının hesablama metodunun və istifadə olunan fərziyyələrin sığortaçının həyata keçirdiyi sığorta növlərinə və sığorta məhsullarının hazırlanması ilə bağlı fəaliyyətə uyğunluğunu yoxlamaq;
  • Sığorta ehtiyatlarının adekvatlığını qiymətləndirmək;
  • Sığorta portfeli üzrə statistik məlumatların toplanması, emalı və təhlili;
  • Risklərin qiymətləndirilməsi və zərərlilik göstəricilərinin hesablanması;
  • Xidmətin maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin qiymətləndirilməsinə dair vəzifələri;
  • Trendlərin, oxşarlıqların və uyğunluqların müəyyən edilməsi üçün böyük məlumat toplusu ilə işləmək;
  • Xidmətin anderraytinq şərtləri və tariflərinin müəyyən edilməsi siyasəti üzrə təhlildə iştirak;
  • Xidmətin təkrarsığorta əməliyyatları üzrə siyasətin təhlilində iştirak;
  • Qanunvericilik və tənzimləyici tələblərə uyğun hesablamaların aparılması;
  • Qanunvericiliklə müəyyən edilən tələblərin icrası ilə bağlı Məsul Aktuari tərəfindən verilən digər tapşırıqların icrası.

Biliklər:

  • İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Statistika, Ekonometriya üzrə bakalavr və magistr pilləsinin məzunları;
  • Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
  • Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması;
  • Aktuar üzrə sertfikatlar arzuolunandır;
  • Aktuar sahəsi üzrə təcrübə arzuolunandır.

Bacarıqlar:

  • Təşəbbüskarlıq;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Çalışqan olmaq;
  • Öhdəliklərinə məsuliyyətli olmaq;
  • Dəqiqlik;
  • Fikirlərini aydın izah edə bilmək;
  • Komandada işləmək bacarığı.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

See Your Match Score

Sign up and Renata will show you how this job matches your skills and experience.

Get Started Free
Aktuar hesablamalar üzrə kiçik mütəxəssis/mütəxəssis at PASHA Insurance OJSC | Renata